Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes » Flora Kərimovanın köməkçisi: “Hazırda xəstəxanadadır, müayinə olunur”
Flora Kərimovanın köməkçisi: “Hazırda xəstəxanadadır, müayinə olunur”

Xalq artisti Flora Kərimova hazırda xəstəxanada müayinədən keçirilir.

Bu barədə Musavat.com-a sənətkarın köməkçisi Yaqut İmanova məlumat verib. O bildirib ki, Flora Kərimova təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb və bu, planlı tibbi nəzarət çərçivəsində həyata keçirilən prosedurdur.

“Flora xanım hazırda xəstəxanadadır, müayinə olunur. Təcili yardım maşını ilə gətirilib. Bu, rutin olaraq baş verən prosesdir”, – deyə Yaqut İmanova bildirib.

Onun sözlərinə görə, Xalq artistinin son günlər səhhətində ciddi problem olmayıb:

“Flora xanımın həm dünən, həm də bu gün vəziyyəti yaxşı olub. Hazırda müayinələri davam edir. Böyük ehtimalla, bu gün evə buraxılacaq. Dəqiq məlumat isə müayinələrin nəticəsindən sonra məlum olacaq”.

Qeyd edək ki, 84 yaşlı Xalq artisti Flora Kərimova bir müddət əvvəl də səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Səhhətindəki problemlə əlaqədar olaraq Flora Kərimovanın iyunun 20-də Yaşıl Teatrda keçirilməsi planlaşdırılan konserti də sentyabr ayına təxirə salınıb.

Şahanə Rəhimli
Musavat.com

Şərhlər