Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Trampın hədəsinə SEPAH-dan ŞOK CAVAB: "Bu əraziləri vuracağıq!"
Trampın hədəsinə SEPAH-dan ŞOK CAVAB: "Bu əraziləri vuracağıq!"

Bu gün SEPAH-ın Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari ABŞ-yə İranın infrastrukturuna mümkün hücumlarla bağlı sərt xəbərdarlıq edib.

Reportyor.tv xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

O bildirib ki, ABŞ prezidenti Donald Trampın İranın infrastrukturunu hədəfə almaqla bağlı təhdidləri reallaşacağı təqdirdə, İran Silahlı Qüvvələri bölgədə hələ toxunulmamış bütün hərbi obyektlərini hədəfə alacaq.

Zülfüqari vurğulayıb ki, İran heç bir halda ABŞ kimi bölgədən kənar dövlətin Hörmüz boğazına müdaxiləsinə imkan verməyəcək və bunu ölkənin "qırmızı xətti" adlandırıb.

Onun sözlərinə görə, İranın cavabı "bərabər zərbə deyil, üstün zərbə" olacaq və əvvəlkilərdən daha genişmiqyaslı, daha şiddətli və daha dağıdıcı xarakter daşıyacaq.

Musavat.com

Şərhlər