Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Ermənistanın müdafiə naziri Qarabağda - FOTO
Ermənistanın müdafiə naziri Qarabağda - FOTO

Ermənistanın müdafiə naziri David Tonoyan növbəti dəfə işğal altındakı Azərbaycan ərazilərində peyda olub.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. İşğalçı ölkə həyasızcasına Tonoyanın 1-2 may tarixlərində Dağlıq Qarabağda “işgüzar səfər”də olduğu barədə xəbər yayıb. İddia olunub ki, səfər “iki erməni dövləti” (?!-red.) arasında “hərbi əməkdaşlıq” məsələlərinə həsr olunub. D.Tonoyan Qarabağdakı qondarma rejiminin “müdafiə naziri” Calal Arutyunyanla birlikdə işğal altındakı bir sıra hərbi hissələrə gedib, zabitlər, müqaviləli xidmət keçənlər, həmçinin hərbi xidmətdə olan digər şəxslərlə görüşüb.
Azərbaycan son günlərdə işğala son qorulması zərurəti ilə bağlı Ermənistana və beynəlxalq birliyə davamlı xəbərdarlıqlar edib. Görünür erməni nazir vəziyyətdən narahat olduğu üçün ön cəbhədəki hərbçilərin durumu ilə məşğul olmaq üçün iki gününü sərf edib.
Musavat.com


Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti