Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Tokayevdən xəbərdarlıq: Bunu etməsək, Ukraynada dəhşət yaşanacaq
Tokayevdən xəbərdarlıq: Bunu etməsək, Ukraynada dəhşət yaşanacaq

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ukraynadakı münaqişə ilə bağlı açıqlama verib.

Reportyor.tv TASS-a istinadən xəbər verir ki, o vurğulayıb ki, münaqişənin həlli üçün danışıqlardan başqa yol yoxdur, çünki hərbi əməliyyatların davam etdirilməsi uçuruma aparan yoldur.

“Qazaxıstan Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli variantlarını axtarmağı zəruri hesab edir”, - Tokayev bildirib.

O izah edib ki, əgər bu edilməsə, Ukraynada “dəhşətli müharibə” davam edəcək. Qazaxıstan lideri belə bir ssenaridə maraqlı olanlar barədə də fikir bildirib.

Tokayev həmçinin qeyd edib ki, Ukraynadakı vəziyyət kontekstində sülh istəyi zəiflik əlaməti deyil, strateji ehtiyatlılıq deməkdir.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti