Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Bu ölkənin baş nazirinin müavini özünü Rusiyaya QURBAN DEDİ - FOTO
Bu ölkənin baş nazirinin müavini özünü Rusiyaya QURBAN DEDİ - FOTO

Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin ölkəsi ilə Rusiya arasında yaxşı münasibətlər saxlamaq üçün canını verməyə hazır olduğunu bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə TASS-a danışıb.
“Mən Rusiya ilə münasibətlərimlə fəxr edirəm. Ömrümün son gününə qədər onların adından danışacam. Serbiya və Rusiya münasibətləri daha da yaxınlaşmalıdır, çünki bu, həm Serbiya, həm də Rusiya üçün lazımdır”, - siyasətçi deyib.
Vulin vurğulayıb ki, ona qarşı gələn təhdidlərə baxmayaraq, Moskva ilə dialoqun davam etdirilməsi zərurəti barədə danışmağa davam edəcək.
“Əgər bu, mənim həyatım bahasına başa gəlirsə, deməli, bu o qədər də yüksək qiymət deyil”, - Baş nazirin müavini əlavə edib.
Adəm Abbaslı




Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti