Aİ Rusiya əleyhinə sanksiyaları gücləndirir: ABŞ-da siyasət dəyişikliyi gözlənilir
Tarix: 25-10-2024, 12:16
Baxılıb: 130
Google+ Paylaş
Tumblr Paylaş

Aİ Rusiya əleyhinə sanksiyaları gücləndirir: ABŞ-da siyasət dəyişikliyi gözlənilir

25-10-2024, 12:16

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Reuters" yayıb.
Aİ rəsmiləri Vaşinqtonun siyasətində dəyişiklik olacağı təqdirdə belə sanksiyaların effektivliyini qorumaq üçün bir sıra uzunmüddətli təşəbbüsləri müzakirə edir.

Görüş iştirakçıları bildirir ki, sanksiyaların daha sərt icrasını təmin etmək üçün Rusiya ilə şübhəli ticarət əməliyyatlarının aşkarlanması və dayandırılması ilə bağlı yeni qaydalar təklif olunur.

Həmçinin, Rusiya neftinin daşınmasına geniş miqyaslı məhdudiyyətlər və Rusiya Mərkəzi Bankının aktivlərinin hər altı aydan bir dondurulması da nəzərdən keçirilən tədbirlər sırasındadır.

Avropalı diplomatlar hesab edir ki, bu addımlar Moskvanın təcridini davam etdirməyə kömək edəcək.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ