Putin elan etdi: Ərdoğan Kazanda görün nə təklif edib
Tarix: 25-10-2024, 17:50
Baxılıb: 224
Google+ Paylaş
Tumblr Paylaş

Putin elan etdi: Ərdoğan Kazanda görün nə təklif edib

25-10-2024, 17:50

Xəbər verdiymiz kimi, Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə BRİKS sammitində görüşüb. Putin görüş zamanı Ərdoğanın Qara dənizdə gəmiçilik üçün əlaqələrin yenidən qurulmasını təklif etdiyini bildirib.
Publika.az xəbər verir ki, Putin hələ sənədləri araşdırmağa vaxtının olmadığını qeyd edərək "Görəcəyik. Biz bunu heç vaxt rədd etməmişik" deyib.
Putin həmçinin Rusiyanın münaqişəyə görə heç bir güzəştə getməyəcəyini və Ukrayna ilə razılığın əldə olunmasını müzakirə etməyin tez olduğunu bildirib.

Ərdoğan BRİKS Zirvə Toplantısından qayıdarkən türkiyəli jurnalistlərə verdiyi açıqlamada Ukrayna-Rusiya arasında sülh mövzusunda açıqlamalar verib:
“Eynilə Amerikada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşümdə olduğu kimi, cənab Putinin də daimi atəşkəs əldə etmək istəyini gördük. Xarici işlər nazirimiz Hakan Fidan və Rusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbuldakı görüşlərində bunu təsdiqlədilər.
Putin və onun nümayəndə heyəti ilə görüşümüz zamanı da gördük ki, məhbus mübadiləsi ilə bağlı gözləntilər var. Hazırda məhbus mübadiləsi ilə bağlı addımları yaxından izləyirik.
Biz problemləri diplomatiya yolu ilə həll etmək üçün bundan sonra da əlimizdən gələni edəcəyik. İstəyimiz iki ölkə arasında sülh üçün danışıqlara tez bir zamanda başlamaq və faydalı nəticəyə yol açmaqdır. Bu müharibə mütləq bitəcək, bizim səyimiz onu daha qan və göz yaşı tökmədən bitirməkdir”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ