Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » TƏCİLİ! İranda TERROR: 10 polis ÖLDÜRÜLDÜ - VİDEO
TƏCİLİ! İranda TERROR: 10 polis ÖLDÜRÜLDÜ - VİDEO

İranın Sistan və Bəluçistan vilayətinin Təftan bölgəsində yerləşən Qouhar Kuh rayonunda törədilən terror aktı nəticəsində ən azı 10 hüquq-mühafizə orqanı əməkdaşı həyatını itirib.
Musavat.com xəbər verir ki, bu barədə İslam Respublikasının polisi məlumat yayıb.
Hadisənin təfərrüatlarını araşdırmaq üçün İranın daxili işlər naziri İskəndər Momeni xüsusi istintaq qrupunun yaradılmasını tapşırıb.
İranın Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, terror aktı nəticəsində xəsarət alan yaralılar xəstəxanalara yerləşdirilib, lakin onların dəqiq sayı açıqlanmayıb.
Sistan və Bəluçistan vilayəti polis idarəsinin açıqlamasına əsasən, hələlik heç bir terror qruplaşması hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.
Hadisə ilə əlaqədar bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib, vəziyyətə nəzarət etmək və istintaq aparmaq üçün xüsusi təhqiqat qrupları əraziyə göndərilib.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti