Rusiyada evlənənlərin GÖZÜ YAŞLI - Putin sərt qanun imzaladı
Tarix: 26-10-2024, 20:53
Baxılıb: 251
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyada evlənənlərin GÖZÜ YAŞLI - Putin sərt qanun imzaladı

26-10-2024, 20:53

Rusiya Prezidenti Vladimir Putin əcnəbilərlə qondarma nikahlara qarşı qanun imzalayıb.
Publika.az xəbər verir, sənəd hüquqi informasiya portalında dərc olunub.
Qanuna görə, Rusiyada müvəqqəti yaşamaq üçün müraciət etməzdən əvvəl əcnəbi həyat yoldaşı ən azı üç il rus kişisi (rus qadını) ilə nikahda yaşamalıdır. Boşanma halında yaşayış icazəsi ləğv ediləcək.
""Rusiya Federasiyasından çıxmaq və Rusiya Federasiyasına gəlmək qaydası haqqında” və “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında” qanunlara dəyişikliklər edilir", - qanunda deyilir.
Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinin daha əvvəl izah edib ki, Rusiyada yaşayış icazəsi almaq üçün 4,3 mindən çox uydurma nikah bağlanıb.
Sənədin qəbulu saxta sxemlərlə Rusiya Federasiyasında yaşayış icazəsi və vətəndaşlıq əldə etməyin qarşısını alacaq.
Reportyor.TV


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ