Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Qonşuda qarşıdurma başlayır - Müxalifət parlamentə getmir: İstənilən hərəkətə hazırıq
Qonşuda qarşıdurma başlayır - Müxalifət parlamentə getmir: İstənilən hərəkətə hazırıq


Gürcüstan müxalifətinin liderlərindən biri, “Milli Hərəkat” partiyasının üzvü Georgi Vaşadze bildirib ki, müxalifət seçkinin nəticələrini tanımadığından, parlamentə daxil olmaq niyyətində deyil.

Bu barədə “İnterpress News” məlumat yayıb.

Georgi Vaşadzenin fikrincə, etiraz lazımdır və bu prosesdə müxalifət tam ictimai dəstək alacaq.

“Biz tamamilə istənilən hərəkətə hazırıq. Dünən biz bəyanat verdik ki, nəticələri tanımırıq, bu o deməkdir ki, bu parlamentə daxil olmaq fikrində deyilik, hesab edin ki, bizim tərəfimizdə siyahılar yoxdur. Başqa alternativ haqqında düşünmədik. Yekun məsləhətləşmələr aparacağıq. Təbii ki, etiraz etmək lazımdır. Biz cəmiyyətdən tam dəstək alacağıq”, - Georgi Vaşadze bildirib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti