Putindən generallara QADAĞAN: Bundan sonra... - FOTOLAR
Tarix: 11-08-2020, 11:09
Baxılıb: 551
Google+ Paylaş
Tumblr Paylaş

Putindən generallara QADAĞAN: Bundan sonra... - FOTOLAR

11-08-2020, 11:09

Rusiya ordusunun Astraxan (Həştərxan) papaqlarından imtina etməsinin səbəbi bəlli olub.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın məşhur "Modnıy Priqovor" televiziya şousunun aparıcısı, moda tarixçisi Aleksandr Vasiliyev söhbət açıb.
O, Müdafiə Nazirliyinin və Prezident Vladimir Putinin ordu ilə bağlı verdiyi bu qərarını izah edib. Aparıcının sözlərinə görə, buna səbəb ekoloji, eyni zamanda, heyvanlara qarşı insani münasibətin təzahürüdür: "Kiçik quzulara qayğı göstərirlər. Onların öldürülməmələrini və dərilərindən papaq düzəltmələrini istəmirlər. Əgər biz Astraxan papağa qarşıyıqsa, deməli onun əti və dərisinin istifadəsinin də əleyhinəyik. Bəlkə də ölkəmizdə məcburi veqanizm tətbiq ediləcək".
Vasiliyev buna görə hamını restoranlarda quzu ətindən hazırlanmış yeməklərdən də imtina etməyə çağırıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin təklifi ilə ordu generallarına Astraxan papaqlarının geyilməsini qadağan edib. Papaqların xəz şlyapa ilə əvəz ediləcəyi qeyd olunur.
Reportyor.tv












Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ