İsrailin Rusiya qorxusu bitdi: Bu qorxunc silahı Ukraynaya göndərdi
Tarix: 29-01-2025, 11:50
Baxılıb: 356
Google+ Paylaş
Tumblr Paylaş

İsrailin Rusiya qorxusu bitdi: Bu qorxunc silahı Ukraynaya göndərdi

29-01-2025, 11:50

Rusiyanın Ukrayna şəhərlərinə aviazərbələri intensivləşdiyi bir vaxtda Ukrayna prezidenti Vladimir Zelenski Qərbdən hava hücumundan müdafiə sistemi istəyib.
Publika.az xəbər verir ki, ABŞ mətbuatına danışan rəsmilərin sözlərinə görə, İsrail arsenalından Ukraynaya 90 Patriot hava hücumundan müdafiə sistemi göndəriləcək.
“İsrail arsenalında olan 90 Patriot yaxın günlərdə Polşa vasitəsilə Ukraynaya göndəriləcək. Bu arada yanvarın 28-i axşam Zelenski ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub”, - məlumatda bildirilir.
ABŞ mətbuatının yazdığına görə, əvvəllər Rusiyanın cavab addımından qorxan İsrail administrasiyası fikrini dəyişərək Ukraynaya dəstək vermək qərarına gəlib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ