Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Dəhşətli terrorun QARŞISI ALINDI - 100 kiloqramlıq bombalı hücum planının ŞOK DETALLARI
Dəhşətli terrorun QARŞISI ALINDI - 100 kiloqramlıq bombalı hücum planının ŞOK DETALLARI

İsrail xüsusi xidmət orqanları İordan çayının Qərb sahilində 100 kiloqramlıq bomba ilə həyata keçirilməsi planlaşdırılan terror aktının qarşısını alıb.
Reportyor.tv xəbər verir ki, bu barədə "Ynet" xəbər portalı İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) mənbələrinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, ötən ay ŞABAK və təhlükəsizlik qüvvələri Cenin yaxınlığında yerləşən Kabatiya qəsəbəsində terrorçu qrupu zərərsizləşdirib və böyük terror aktları planlaşdıran üzvlərini həbs edib.
Portalın yazdığına görə, silahlılar İsrail Müdafiə Qüvvələrinə (İDF) qarşı istifadə etmək məqsədilə güclü 100 kiloqramlıq partlayıcı qurğu əldə ediblər.
Bundan əvvəl İsrail ordusu yanvar ayının sonunda başladığı antiterror əməliyyatlarını İordan çayının Qərb sahilinin şimalında genişləndirdiyini açıqlayıb.
Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti