Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Sabiq FTB direktorunun bu paylaşımı ABŞ-ı qarışdırdı: Trampa sui-qəsd çağırışı? - FOTO
Sabiq FTB direktorunun bu paylaşımı ABŞ-ı qarışdırdı: Trampa sui-qəsd çağırışı? - FOTO

ABŞ Federal Tədqiqatlar Bürosunun (FTB) keçmiş rəhbəri Ceyms Komi prezident Donald Trampa sui-qəsd təşviq etdiyi iddia edilən paylaşım edib.
Publika.az xəbər verir ki, Məxfi Xidmət daha sonra paylaşımını silən Komi haqqında araşdırma başladıb.
Sabiq direktor sosial media hesabında çimərlikdə qum üzərində balıqqulağı ilə yazılmış "86 47" rəqəmlərinin fotosunu "Sahildə gəzinti zamanı rastlaşdığım maraqlı görüntü" şərhi ilə paylaşıb.
ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem bu paylaşımı Trampa qarşı sui-qəsd təşviqi kimi qiymətləndirib. O bildirib ki, Milli Təhlükəsizlik Departamenti və Məxfi Xidmət bu təhdidi araşdırır və lazımi cavab veriləcək.
Hərbi terminologiyada 86 kimisə aradan qaldırmaq və ya nəyisə ləğv etmək deməkdir. 47 rəqəminin isə ABŞ-ın 47-ci prezidenti Trampa aid olduğu hesab edilir.
Roza




Şərhlər