ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Kaliforniya ştatının Palm-Sprinqs şəhərində reproduktiv tibb klinikasının yaxınlığında bomba yüklü avtomobilin partladılmasını terror aktı kimi qiymətləndirib.
Bunu FTB-nin Los-Anceles ofisinin direktor köməkçisi Akil Devis "CBS News" kanalı tərəfindən yayımlanan mətbuat konfransında deyib.
"Bu, düşünülmüş terror aktıdır. Araşdırma apardıqca bunun beynəlxalq və ya daxili terror olduğunu müəyyən edəcəyik", - A.Devis bildirib.
O əlavə edib ki, FTB hücumun hədəfinin tibb müəssisəsi olduğuna inanır. Devis cinayətdə şübhəli bilinən şəxsin adını çəkməkdən imtina edərək, bunun istintaqa mane olacağını deyib.
Qeyd edək ki, mayın 18-də Palm-Sprinqsdəki tibb mərkəzinin yaxınlığında avtomobil partladılıb. Nəticədə 1 nəfər ölüb, azı 4 nəfər yaralanıb.

Oxşar xəbərlər
- 3-07-2022, 14:16
Gəncədəki intihar olayında şok GƏLİŞMƏ! Direktor...
- 17-01-2023, 10:38
Dünya bu qadından danışır: Müharibənin taleyini...
- 25-01-2025, 09:41
Bakıda qadın məmuru öldürmək üçün killer tutduFOTO...
- 22-07-2023, 11:01
Şuşada Qlobal Media Forumunun açılış mərasimi...
- 10-05-2025, 22:56
Prezidentlə xanımı Ağdam Muğam Mərkəzinin...
Şərhlər