Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Makron Putindən Trampın atəşkəs planını dərhal qəbul etməyi tələb etdi – “Sülh istəyirsə, bunu göstərsin”
Makron Putindən Trampın atəşkəs planını dərhal qəbul etməyi tələb etdi – “Sülh istəyirsə, bunu göstərsin”

Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putindən Ukraynada qeyd-şərtsiz atəşkəsə razılıq verməyi tələb edib.
Reportyor.tv xəbər verir ki, bu barədə Fransanın dövlət başçısı çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Vladimir Putin bu gün ABŞ Prezidenti Donald Trampla nəzərdə tutulan danışıq zamanı sülh istədiyini göstərməlidir.
Makron vurğulayıb ki, Rusiya lideri Tramp tərəfindən irəli sürülmüş və Ukrayna ilə Avropa tərəfindən dəstəklənən 30 günlük qeyd-şərtsiz atəşkəs təklifini qəbul etməlidir.
“Sülh istəyirsə, bunu göstərməyin yeganə yolu atəşkəsə dərhal razılıq verməkdir,” – deyə Makron bəyan edib.

Musavat.com

Şərhlər