Ağ Evdən etiraf: İranla asan olmayacaq
Tarix: 21-05-2025, 11:53
Baxılıb: 194
Google+ Paylaş
Tumblr Paylaş

Ağ Evdən etiraf: İranla asan olmayacaq

21-05-2025, 11:53

Tramp administrasiyası İrana mülki nüvə enerjisi proqramına malik olmasına imkan verəcək, lakin uranı zənginləşdirməyə imkan verəcək razılaşma əldə etməyə çalışır.
Bunu ABŞ dövlət katibi Marko Rubio Senatda dinləmələr zamanı deyib.
Bununla belə, o, belə bir razılaşmanın əldə edilməsinin asan olmayacağını da etiraf edib.
Rubio Senatın Xarici Əlaqələr Komitəsində deyib ki, administrasiya İrana firavanlıq və sülhə nail olmaq üçün “vaxt limiti” təklif edir. "Bu, asan olmayacaq, lakin biz indi bu, məsələlərlə məşğuluq",- Rubio qeyd edib.
İran bundan əvvəl də dəfələrlə bəyan edib ki, heç bir halda uranın zənginləşdirilməsindən əl çəkməyəcək. Tehran həmçinin nüvə silahı yaratmaq niyyətində olmadığını vurğulayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ