İran Moskvadan üz çevirir – Tehran Rusiya əvəzinə Çin qırıcılarını almağa hazırlaşır
Tarix: Dünən, 10:59
Baxılıb: 95
Google+ Paylaş
Tumblr Paylaş

İran Moskvadan üz çevirir – Tehran Rusiya əvəzinə Çin qırıcılarını almağa hazırlaşır

Dünən, 10:59

İsraillə 12 günlük müharibənin başa çatmasından sonra İran öz Hərbi Hava Qüvvələrini təcili modernləşdirmək məqsədilə Çin istehsalı olan J-10C qırıcılarının alınması ilə bağlı danışıqları sürətləndirib.

Reportyor.tv xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
“Kommersant” nəşrinin yazdığına görə, tərəflər bu müqaviləni təxminən 20 ildir müzakirə edirdilər, lakin ödəmə şərtləri ilə bağlı razılıq əldə olunmurdu. İndi isə İsrailin havada üstünlüyünün açıq şəkildə üzə çıxması Tehranı prosesi sürətləndirməyə vadar edib.
Ekspertlərin fikrincə, J-10C qırıcıları həm maliyyə baxımından daha əlçatan, həm də tez təhvil verilə bilən variantdır. Bu amillər onları əvvəllər nəzərdə tutulan Rusiya istehsalı MiG-35 və Su-35 qırıcıları ilə müqayisədə daha real seçimə çevirir.

Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ