Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Maduro Türkiyəyə sürgün edilə bilər: Sensasion iddia
Maduro Türkiyəyə sürgün edilə bilər: Sensasion iddia

Venesuela prezidenti Nikolas Maduro Türkiyəyə sürgün edilə bilər.

Publika.az xəbər verir ki, bu iddia "Washington Post" qəzeti tərəfindən yayılıb.

Qəzet "Maduronun Türkiyə ilə əlaqələri onun sürgünə gedən yolunu asanlaşdıra bilər" başlıqlı yazı dərc edib.

Məlumata görə, Tramp Maduronu "asan və ya çətin yolla" devirmək istəyir və o, Karakasdan qaçsa, Türkiyə təhlükəsiz sığınacaq ola bilər.

Tramp administrasiyası hələlik hərbi hücum planlarının olmadığını bildirir, lakin hücum da daxil olmaqla müxtəlif variantlar müzakirə olunur. Bunlara Maduronu istefaya məcbur etmək, ona qarşı çevriliş həyata keçirmək və ya Venesuelaya hərbi hücum daxildir.

"Türkiyə onun üçün mükəmməl yerdir. Maduro Ərdoğana etibar edir. Ərdoğanın Trampla da yaxşı münasibətləri var. Bəs real və məqbul nəticələr hansılardır? İnsanlar bunları nəzərdən keçirir və üzərində işləyirlər", - xəbərdə qeyd olunub.

Vaşinqtondakı Türkiyə səfirliyi sözügedən iddia ilə bağlı suallara cavab verməyib. Həmçinin, Venesuela hökuməti Maduronun sürgün edilməsi ilə bağlı məlumatları təkzib edib.

Şərhlər