Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Çin bu DƏHŞƏTLİ SİLAHI hazırladı - "Starlink" peykləri HƏDƏFDƏ
Çin bu DƏHŞƏTLİ SİLAHI hazırladı - "Starlink" peykləri HƏDƏFDƏ

Çin tədqiqatçıları güclü mikrodalğalı lazer sistemi üzərində işləyərək yerdən aşağı orbitli peyk şəbəkələrini sıradan çıxara biləcək texnologiyaya nail olublar.

Musavat.com xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Qlobal müdafiə mənbələri və akademik tədqiqatlar göstərir ki, sistemin elektrik impuls gücü təxminən 20 giqavatt səviyyəsinə çatır ki, bu da ABŞ-nin "Starlink" kimi böyük peyklərini hədəf almaq üçün tələb olunan səviyyədən xeyli yüksəkdir.

ABŞ, Çin və Rusiya arasında getdikcə şiddətlənən kosmik yarışda bu, diqqətçəkən inkişaf sayılır.

Bu sistem ABŞ-nin "Qızıl Günbəz" milli hava hücumundan müdafiə proqramını sürətləndirməyə vadar edir. Pekinin əsas hədəfi isə İlon Maskın "Starlink" peykləridir.

"TPG1000Cs" sistemi təxminən 4 metr uzunluğunda, 5 ton çəkidədir və dəqiqədə 200 min maqnit impulsu yarada bilir.

Çin Ordusu ilə bağlı Şimal-Qərb Nüvə Texnologiyaları İnstitutunun (Northwest Institute of Nuclear Technology) tədqiqatçıları bildirir ki, sistemin istehsalına yaxın vaxtlarda başlanacaq. 20 giqavatt gücə çata bilən lazer impulslar aşağı orbitli peykləri tamamilə neytrallaşdıra bilər.

Ənənəvi kinetik silahlardan fərqli olaraq, mikrodalğalı lazerlər kosmosda təhlükəli zibil buludları yaratmadan peyklərin elektron sistemlərini sıradan çıxara bilir. Çin hərbi ekspertləri bildirir ki, ABŞ, Rusiya və Çin uzun müddətdir bu texnologiya üzərində rəqabət aparır. Sistem, enerjini saxlayıb qəfil buraxmaqla, peyklərin elektron avadanlıqlarını müvəqqəti və ya daimi olaraq iflic edə bilir.

Çin Mərkəzi Hərbi Komissiyası kosmosu prioritet müdafiə sahəsi elan edib. Bu yeni strategiya hava, kiber və kosmik müdafiəni vahid çətir altında birləşdirir. Son illərdə dərc olunan akademik tədqiqatlar və dövlət dəstəyi Çində böyük peyk qruplarını neytrallaşdıra biləcək 20-dən çox layihənin reallaşmasına yol açıb. "Starlink" peyklərinin Ukrayna müharibəsi və İran etirazlarındakı rolu isə Pekinin bu texnologiyaları sürətləndirməsinə səbəb olub.

Müdafiə ekspertləri bildirir ki, mikrodalğalı peyk əleyhinə sistemlər kosmosdakı hərbi rəqabətdə həlledici rol oynayır. Fiziki məhv əvəzinə elektron iflic yaratmaq beynəlxalq hüquqda boz zonalar yaradır və nüvə ilə ənənəvi çəkindirmə arasındakı tarazlığa birbaşa təsir göstərir. Çin Mərkəzi Hərbi Komissiyası son açıqlamasında ABŞ-ilə potensial qarşıdurmada prioritetin hava, kosmik və kiber müdafiə olacağını vurğulayıb.

İqbal RZAYEV,
Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti