Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » “İran asanlıqla çökməz” – Fərəh Pəhləvidən diqqətçəkən etiraf
“İran asanlıqla çökməz” – Fərəh Pəhləvidən diqqətçəkən etiraf

ranın keçmiş şahı Məhəmməd Rza Pəhləvinin həyat yoldaşı, ölkənin son imperatriçası Fərəh Pəhləvi İranın siyasi gələcəyi ilə bağlı diqqət çəkən açıqlama verib.

Reportyor.tv xəbər verir ki, o bildirib ki, İranın ali dini lideri Əli Xameneinin ölümü mühüm hadisə olsa da, bu, İslam Respublikasının avtomatik süqutu demək deyil.

Fərəh Pəhləvinin sözlərinə görə, İranın mövcud dövlət sistemi kifayət qədər dayanıqlıdır və bir nəfərin aradan götürülməsi ilə dərhal çökməsi real görünmür.

O vurğulayıb ki, ölkədə real dəyişiklik yalnız daxili proseslərin nəticəsi kimi baş verə bilər:

“Xameneinin ölümü vacibdir, amma bu, İslam Respublikasının sonu demək deyil. İran sistemi dayanıqlıdır və asanlıqla çökməz. İranda dəyişiklik xaricdən yox, daxildən baş verməlidir”.

Keçmiş imperatriça hesab edir ki, İranın gələcəyi xarici müdaxilə ilə deyil, məhz İran cəmiyyətində formalaşacaq siyasi və ictimai proseslərin nəticəsi olaraq müəyyənləşəcək.

Musavat.com

Şərhlər