Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » ABŞ-ın silah ehtiyatları tükənir – Pentaqonun sabiq rəsmisindən kritik açıqlama
ABŞ-ın silah ehtiyatları tükənir – Pentaqonun sabiq rəsmisindən kritik açıqlama

ABŞ-də silah ehtiyatlarının azalması ilə bağlı yayılan xəbərlər müəyyən mənada həqiqəti əks etdirir.

Repportyor.tv xəbər verir ki, bunu Pentaqonun sabiq rəsmisi və hərbi ekspert Mary Beth Long bildirib. Onun sözlərinə görə, ABŞ uzun illər ərzində əsasən ixrac üçün silah istehsal edib və bu model real müharibə şəraitində tələb olunan istehsal tempindən kəskin şəkildə fərqlənir.

Ekspert qeyd edib ki, İraq müharibəsindən sonra Vaşinqtonun hərbi sənaye strategiyası əsasən müttəfiqlərə satış üzərində qurulub. Lakin genişmiqyaslı müharibə şəraitində bu yanaşma ciddi problemlər yarada bilər.

Mary Beth Long-un sözlərinə görə, Ukrayna müharibəsi ABŞ-nin silah ehtiyatlarının böyük hissəsini artıq istifadə edib. Bundan əlavə, İranın son dövrlərdə həyata keçirdiyi intensiv raket zərbələri də ehtiyatların daha sürətlə tükənməsinə səbəb olur.

Ekspert vurğulayıb ki, mövcud vəziyyət ABŞ-də silah istehsalına tələbi artıracaq və bu, müəyyən mənada yeni iş yerlərinin açılmasına gətirib çıxara bilər.

Lakin o əlavə edib ki, müharibə zamanı istehsalın artırılması qısa müddətdə mümkün deyil və hərbi sənaye kompleksinin mövcud istehsal tempi cəbhədəki tələbatı dərhal qarşılaya bilməz.

Mary Beth Long həmçinin bildirib ki, son illərdə Rusiya hərbi istehsal tempinə görə ABŞ-dən geri qalmır, hətta bəzi sahələrdə onu üstələyir. Onun fikrincə, bunun əsas səbəbi Rusiyanın artıq uzun müddətdir müharibə iqtisadiyyatı rejimində fəaliyyət göstərməsidir.

Musavat.com


Şərhlər