Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İranda heç kim dini lider olmaq istəmir - Tehrandan ŞOK AÇIQLAMA
İranda heç kim dini lider olmaq istəmir - Tehrandan ŞOK AÇIQLAMA

İran Əli Xameneinin ölümündən sonra yeni ali lider seçməkdə çətinliklərlə üzləşib.

Reportyor.tv xəbər verir ki, bu barədə İran parlamentinin üzvü Möhsün Zəngne bildirib.

"Yaxın bir-iki gün ərzində yeni lider seçiləcək. Ekspertlər şurası iki son namizədi müəyyən edib, lakin hər ikisi bu vəzifəni qəbul etməkdən imtina edir", - deyə parlament üzvü qeyd edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Kanada Silahlı Qüvvələrinin general-mayoru Denis Tompsonun məlumatına görə, 1-ci Kanada Hava Diviziyasının Birləşmiş Hava və Kosmik Əməliyyatlar Mərkəzindən olan Kanada qüvvələri də hücumlara kəşfiyyat dəstəyi verib.

Peyk görüntülərinin təhlili göstərir ki, hücum zamanı Xameneinin Tehrandakı iqamətgahına ciddi ziyan dəyib.


Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti