Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İran yeni dini liderini seçdi
İran yeni dini liderini seçdi

İranın dini və siyasi iyerarxiyasında Ali Rəhbər Ayətullah Əli Xameneyinin öldürülməsindən (28 fevral) sonra yaranmış hakimiyyət boşluğu aradan qaldırılmaq üzrədir.

Reportyor.tv xəbər verir ki, İranın Ekspertlər Şurasının üzvü Ayətullah Məhəmməd Mehdi Mirbağeri yeni liderin seçilməsi ilə bağlı şura daxilində əksəriyyətin razılığının əldə olunduğunu bəyan edib.

Mirbağerinin sözlərinə görə, məsləhətləşmələr zamanı iştirakçıların böyük əksəriyyətinin mövqeyini əks ettirən "qəti və yekdil" rəy formalaşıb. O bildirib ki, hazırda namizədin rəsmi təsdiqlənməsi və elan edilməsi üçün bəzi texniki maneələrin aradan qaldırılması prosesi gedir. "Liderin müəyyən edilməsi üçün böyük səylər göstərilib və bu prosesin yaxın vaxtlarda yekunlaşacağı gözlənilir", - deyə şura üzvü vurğulayıb.

Qeyd edək ki, fevralın sonunda Xameneyinin ölümündən sonra ölkəni müvəqqəti olaraq Prezident Məsud Pezeşkian, Məhkəmə Hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsüni-Ejei və Ayətullah Əlirza Ərafidən ibarət "Müvəqqəti Rəhbərlik Şurası" idarə edir. Kulis arxasında ən güclü namizəd kimi Xameneyinin oğlu Müctəba Xameneyinin adı çəkilsə də, rəsmi Tehran bu iddiaları hələ ki nə təsdiq, nə də təkzib edib. ABŞ Prezidenti Donald Tramp isə Müctəba Xameneyinin namizədliyini "qəbuledilməz" adlandırıb. Mirbağeri prosesin uzanmasının hamı üçün "acı və arzuolunmaz" olduğunu, lakin müharibə şəraiti səbəbindən dəqiqliyin vacibliyini qeyd edib.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti