Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Britaniyanın Baş naziri koronavirusa görə xəstəxanaya yerləşdirildi
Britaniyanın Baş naziri koronavirusa görə xəstəxanaya yerləşdirildi

Böyük Britaniyanın Baş naziri Boris Conson müayinə üçün xəstəxanaya göndərilib.
APA-nın "Sky News"a istinadən verdiyi xəbərə görə, baş nazir həkiminin məsləhəti ilə xəstəxanaya aparılıb.
Koronavirusa yoluxduğu təsdiqləndikdən sonra Boris Conson artıq 11 gün idi ki, ev şəraitində karantində idi. Ancaq o sonuncu video-müraciətində bildirdi ki, onda virusun simptomları hələ də özünü göstərir və onun yüksək hərarəti var.
Baş nazirin ofisindən bildirilib ki, Consonun xəstəxanaya getməsi təcili hal deyil, bu ehtiyat xarakteri daşıyır. Hökumət başçısının bu gecə xəstəxanada qalıb-qalmayacağı barədə məlumat verilmir.

Şərhlər