
Roma Papası Ukraynanı hücumu dayandırmağa çağırıb.
reportyor.tv “RİA Novosti”yə istinadən xəbər verir ki, Roma Papası Fransisk Ukrayna və Rusiya Federasiyasını hücumdan əl çəkməyə çağırıb və danışıqların təşkili üçün öz nümayəndələrini Moskva və Kiyevə göndərməyə hazır olduğunu bildirib.
Bildirilir ki, Müqəddəs Taxt-Tac Ukraynada sülhə nail olmaq üçün mümkün olan hər şeyi etməyə hazırdır. Fransa prezidenti Emmanuel Makronun təkliflərinə Vatikanın reaksiyası ilə bağlı suala “Hər iki tərəf ondan vasitəçilik istəsə, Müqəddəs Taxt-tac, sözsüz ki, bunu qəbul edəcək” cavabı verilib.
Qeyd olunur ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın təmaslara açıq olduğunu, lakin Ukraynanın danışıqlara mane olduğunu bildirib.
Şərhlər