Tramp Kim Çen Inın səhhətində ciddi problemlərin olduğuna inanmır
Tarix: 24-04-2020, 07:53
Baxılıb: 164
Google+ Paylaş
Tumblr Paylaş

Tramp Kim Çen Inın səhhətində ciddi problemlərin olduğuna inanmır

24-04-2020, 07:53

ABŞ prezidenti Donald Tramp KİV-lərdə KXDR lideri Kim Çen Inın səhhətində ciddi problemlərin olduğu barədə məlumatları yanlış hesab edir.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə D.Tramp Ağ Evdə keçirilən brifinq zamanı deyib.
ABŞ prezidenti bildirib: "Mən düşünürəm ki, bu məlumatlar həqiqəti əks etdirmir".
D.Tramp bildirib ki, KXDR liderinin səhhətində ciddi problemlərin olduğu barədə məlumatları yayan jurnalistlər "köhnə sənədlərdən" istifadə etmiş ola bilərlər: "Düşünürəm ki, söhbət "CNN" tərəfindən yayılan "feyk" məlumatdan gedir".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ