Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Ermənilər Vardanyanı azad etmək üçün yeni hiyləyə əl atdılar - FOTO
Ermənilər Vardanyanı azad etmək üçün yeni hiyləyə əl atdılar - FOTO

Erməni diasporu/lobbisi Bakıda həbsdə olan separatçıları, xüsusilə Ruben Vardanyanı azad etmək üçün müxtəlif təxribatlara əl atır. Əsas təxribat isə Azərbaycana qarşı kampaniyaların aparılması və rəsmi Bakıya təzyiqin edilməsidir.

Publika.az
xəbər verir ki, Amerika Erməni Milli Komitəsi (ANCA) Vardanyanı azad etmək üçün növəti hiyləyə əl atıb.

Məlumata görə, ANCA Vardanyanı qondarma “insan haqları” mükafatı ilə təltif edib. Bu mükafat ANCA tərəfindən təsis edilib və erməni maraqlarını müdafiə edən amerikalı siyasətçilərə verilir. Belə bir "mükafatın" Vardanyana verilməsi heç nəyi dəyişdirməyəcək, lakin burada erməni hiyləsi var. Bununla ermənilər Vardanyanı “insan haqlarının müdafiəçisi” kimi göstərməyi, insan haqlarının qorunması işini həyata keçirən beynəlxalq təşkilatların diqqətini çəkməyi planlaşdırırlar.

Asif




Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti