Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Ermənistandakı terrorçu təşkilat “ağ bayraq” qaldırdı
Ermənistandakı terrorçu təşkilat “ağ bayraq” qaldırdı

“Ermənistan Azərbaycana müqavimət göstərə bilməz, ona görə də sərhədin delimitasiyası lazımdır”.

Reportyor.tv bildirir ki, bunu Azərbaycana qarşı çoxsaylı cinayətlər törətmiş Ermənistandakı “Yerkrapa Könüllülər Birliyi”nin rəhbəri Syuzan Mikaelyan İrəvandakı Yerablur hərbi panteonunda jurnalistlərə bildirib.

Terrorçu təşkilatın başçısı ardınca deyib ki, Azərbaycan 20 ildir müasir silah və hərbi texnika alır, Ermənistanda isə keçmiş hakimiyyət o vaxt quldurluqla məşğul olub.

Sözdə “ağ bayraq” qaldıran terrorçu təşkilatın rəhbəri iddia edib ki, qlobal dəyişikliklər kontekstində Ermənistan “yenidən soyqırıma məruz qalmamaq” (?!-M.) üçün rasional və müdrik olmalıdır.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti