Bakıda binada yanğın: sakinlər təxliyə edildi - VİDEO
Tarix: 16-02-2025, 22:57
Baxılıb: 87
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda binada yanğın: sakinlər təxliyə edildi - VİDEO

16-02-2025, 22:57

Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yanğın baş verib.
reportyor.tv xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən texniki otaqda elektrik kabellərində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 12 kv.m. olan texniki otağın içərisinə yığılmış əşyalar, 6 ədəd elektrik sayğacı və 5p.m. elektrik kabeli yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
Yaşayış binasında yerləşən mənzillər yanğından mühafizə olunub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ