Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Azərbaycan İƏT Zirvə görüşünə ev sahibliyi edəcək
Azərbaycan İƏT Zirvə görüşünə ev sahibliyi edəcək

Növbəti il Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcək.
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
"Növbəti il Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcək. Həmin vaxtdan etibarən 2 illik müddətdə Azərbaycan bu qurumun sədrlik funksiyalarını yerinə yetirəcək. Bu il İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü Azərbaycanda keçirilməlidir. Növbəti il üçün çox vacib digər tədbirlər var", - deyə nazir müavini bildirib.
Nazir müavini bildirib ki, Azərbaycan eyni zamanda növbəti il Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə görüşünə ev sahibliyi edəcək: “Bu il İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü də Azərbaycanda keçirilməlidir. Növbəti il üçün çox vacib digər tədbirlər var. Göründüyü kimi, Azərbaycan qlobal çoxtərəfliliyin mərkəzi rolunu oynaması funksiyası özünü praktiki göstərir. Növbəti illərdə də bunun davamı olaraq sistemli şəkildə fəaliyyət aparılacaq".

Şərhlər