Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » “Peyk zavodu”nun direktoru dəyişib
“Peyk zavodu”nun direktoru dəyişib

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Peyk Zavodu” MMC-nin direktoru Məhəbbət Hümbətov vəzifəsindən azad edilib.
Zavoda rəhbərlik Elşən Quliyevə həvalə olunub.
O, vaxtilə nazirliyə məxsus "Alov Zavodu"nun direktoru olub.
Xatırladaq ki, “Peyk Zavodu” 1993-cü ildə Fransanın "M.U.P. İndustrie G.İ.E." konsorsiumunun iştirakı ilə tikilib, 1996-cı ildə kommersiya qurumu kimi dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 765 578 manatdır. Müəssisə müxtəlif çap lövhələrinin istehsalı ilə məşğuldur.

Şərhlər