
ETSN-nin 9 saylı Regional EkologiyaTəbii Sərvətlər idarəsində həbslər gözlənilir.
Bu barədə Paytaxt.org -a idarədən olan etibarlı mənbəmiz bildirilib.
Məlumatda 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi və əməkdaşları, Ağdam tikinti mafiyası ilə əlbir olub külli- miqdarda rüşvət və mənimsəmə həyata keçirməkdədirlər.
İddia edilir ki, 9 saylı Ekologiya İdarəsinin rəis müavini İnqilab Kazımov, Oqtay Şahmurovun qeyri rəsmi icazəsi ilə Füzulidə və digər işğaldan azad edilmiş ərazilərdə eləcə də 9 saylı Regional Ekologiya idarəsinin ərazisini əhatə edən rayon ərazilərində rüşvət qarşılığında tikinti aparılması üçün yerin təkiilə bağlıDövlət Ekoloji Ekspertiza Agentliyinin rəyi olmadan qurumun adından külli- miqdarda rüşvət qarşılığında dəfələrlə anlaşmalar həyata keçirilib.
Məbənin iddiasında 9 saylı Ekologiya İdarəsini rəisi Oqtay Şahmurovu, müavini İnqilab Kazımov, Əlzamin Şahbazov, qardaşına 80 min manatlıq bahalı avtomobil alan inispektor Niyaməddin Hümbətov öz çirkin əməllərinə alət edərək, rəisin yerinə qərarlar və sərəncamlar həyata keçirdikləri bildirirlir.
Onuda qeyd edək ki, yuxarıda adı çəkilən şəxslərin bir neçəsinin barəsində baş prokurorluğun korrupsiya idarəsində haqlarında açılan cinayət işini Oqtay Şahmurov mediadan gizlətməyə çalışsa da, əslində həqiqət odur ki, Şahmurovun rəhbəri olduğu idarənin vəzifəliləri Əlzamin Şahbazov və Niyaməddin Hümbətov barələrində korrupsiya əməllərinə görə cinayət işi başlanmış və hələ də qovluqda nədənsə bağlı olaraq qalmaqdadır. Biz baş prokurorluqda bu şəxslər barəsində başlanmış cinayyət işinin yenidən aparılması və başsız qalan ETSN tərəfindən 9 saylı Regional Ekologiya idarəsinin rəhbərliyinə həvalə edilmiş Oqtay Şahmurovun da həmin cinayyət işinə nə dərəcədə dəxli olub, olmaması ilə bağlı sorğularımızı və müraciətlərimizi göndərəcəyik.
Əlavə olaraq onuda vurğulayaq ki, vaxtı ilə korrupsiya və saxta sənət hazırladığı üçün həbs edilən Ağcabədi Pedoqoji kollecinin keçmiş direktoru(hələki bəraət almayıb) hal- hazırda həmin kollecdə müəllim işləyən Sahib Hüseynovla əlbir olan Şahmurov Ağcabədi regional meşə təssərrüfatı müdirinə qarşı qara -piar kompaniyasına da start verməsi daxil olan məlumatlarda iddia olunur.
Bildirək ki, əməkdaşlarımız mövzu ilə bağlı araşdırmalar aparır yaxın günlərdə oxuculara və hüquq-mühafizə orqanlarına, 9 saylı Regional Ekologiya idarəsinin vəzifəlilərinin, Cəbrayıl, Zəngilan, Şuşa şəhərində tender icraçılarının başlarına dolayı yollarla açdıqları oyunlar və törətdiyi qanunsuzluqlarla bağlı məlumatları təqdim etməyə çalışacağıq. Bizi izləyin!
Adları çəkiln şəxslər barələrində səslənən iddialarla bağlı açıqlama vermələrini gözləyirik!
Paytaxt.org






Şərhlər