Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes » Model qızlara açıq-saçıq reklam çəkdirənlər cərimə oluna bilər - Yeni QANUN - FOTO
Model qızlara açıq-saçıq reklam çəkdirənlər cərimə oluna bilər - Yeni QANUN - FOTO

Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə edilib. Hər iki qanun layihəsi sosial şəbəkələrdə davranış qaydalarının sərtləşdirilməsi və onlayn mühitdə mənəvi dəyərlərin qorunması məqsədi daşıyır. Bu dəyişikliklər internetdə yayılan neqativ məzmunun qarşısının alınması üçün nəzərdə tutulur.

Milli.Az xəbər verir ki, təklif olunan ilk dəyişiklik xırda xuliqanlıq maddəsinə yeni əlavələrin edilməsidir. Burada əsas məqsəd sosial şəbəkələrdə və digər internet resurslarında ictimai mənəviyyata uyğun olmayan davranışların qarşısının alınmasıdır.

Yeni layihəyə əsasən internet mühitində açıq şəkildə cəmiyyətə hörmətsizlik formalaşdıran hərəkətlər inzibati məsuliyyət yaradacaq. Bu hallara qeyri etik ifadələr və jarqon sözlərdən istifadə edilməsi bu məzmunu xatırladan jestlərin nümayiş etdirilməsi və insan bədəninin hissələrinin mənəvi dəyərlərə uyğun olmayan formada göstərilməsi daxildir. Belə hərəkətlərə görə beş yüz manatdan min manatadək cərimə nəzərdə tutulur. Əgər pozuntu ciddi qiymətləndirilərsə və tənbeh kifayət etməzsə otuz günədək inzibati həbs tətbiq edilə bilər.

Eyni pozuntunun bir il ərzində təkrar edilməsi daha sərt məsuliyyət yaradır. Bu halda min manatdan iki min manatadək cərimə tətbiqi təklif olunur. Şəxsin davranışı təhlükəli sayılarsa bir aydan iki ayadək inzibati həbs mümkündür. Qanun layihəsində qeyd olunur ki bu maddələr yalnız həmin əməllər cinayət tərkibi yaratmadıqda tətbiq ediləcək. Yəni məsələ ağırlaşarsa iş Cinayət Məcəlləsinin müvafiq maddələri ilə araşdırıla bilər.

Bu dəyişikliklər sosial şəbəkələrdə yayılan təhqir və qeyri mənəvi davranışların azalmasına xidmət edir. Onlayn mühitdə məsuliyyət hissinin formalaşmasına kömək etməsi də gözlənilir.

İkinci qanun layihəsi internet vasitəsilə fahişəliyə cəlbetmə və ya bununla bağlı açıq çağırışların qarşısını almağa yönəlib. Bu layihə də eyni iclasda təqdim olunub və Məcəlləyə yeni maddə kimi əlavə edilməsi təklif olunur.

Sənədə əsasən internet resurslarından istifadə etməklə fahişəliklə məşğul olmağa çağırış edən paylaşımlar və yaxud bu fəaliyyətlə bağlı sövdələşmənin kütləvi şəkildə nümayiş etdirilməsi inzibati məsuliyyət yaradacaq. Belə hallara görə beş yüz manat cərimə tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd sosial şəbəkələrdə fahişəliyin reklamı və ya təşviqinin qarşısını almaqdır. Bu dəyişiklik internetdə yayılan belə məzmunların cəmiyyətə mənfi təsir göstərməsinin və gənclərin bu informasiyalara daha tez çıxış əldə etməsinin qarşısını almağı hədəfləyir.

Hər iki qanun layihəsi internet və sosial şəbəkələrin gündəlik həyatdakı rolunun artması fonunda formalaşıb. İnsanların davranışlarının daha çox onlayn mühitdə görünməsi qanunvericiliyin bu sahəni daha dəqiq şəkildə tənzimləməsini tələb edir. Məqsəd həm sosial etik qaydaları qorumaq həm də təhlükəli məzmunların qarşısını almaqdır.

Dəyişikliklər təsdiqlənəcəyi təqdirdə internet istifadəçiləri ictimai qaydalara daha diqqətli yanaşmalı olacaq. Xüsusilə təhqiredici qeyri etik və yaxud cəmiyyət üçün zərərli hesab edilən məzmun yaymaq ciddi məsuliyyət yarada bilər.

Xatırladaq ki, ötən Milli.Az Xəbər Portalında son zamanlar bəzi geyim mağazalarının etikadan kənara çıxaraq modellərin açıq-saçıq görüntülərini paylaşaraq satış etməyə çalışmaları ilə bağlı məqalə yayımlanmışdı. Sözügedən qanun layihəsi qəbul olunarsa, bu kimi halların da qarşısının alınacağı proqnozlaşdırılır.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti