Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » İmişlidə traktorla minik maşını toqquşub, xəsarət alanlar var
İmişlidə traktorla minik maşını toqquşub, xəsarət alanlar var

İmişlidə yol-nəqliyyat hadisəsi baş verb.


Reportyor.tv Mil-Muğan bürosunun məlumatına görə, qəza İmişli rayonu Cəfərli kəndində qeydə alınıb.

Hadisə zamanı Əliqulular kənd sakini, 1989-cu il təvəllüdlü Hümbətov Samir Fazil oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə traktor toqquşub.

Qəza nəticəsində minik maşınının sürücüsü və avtomobildə olan sərnişin - Cəfərli kənd sakini Məmmədov Cavad Azad oğlu xəsarət alıblar.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər