Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Siyəzəndə meyiti aşkarlanan şəxsin itkin düşdüyü məlum olub - YENİLƏNİB-1
Siyəzəndə meyiti aşkarlanan şəxsin itkin düşdüyü məlum olub - YENİLƏNİB-1

Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində meyiti aşkarlanan 23 yaşlı Rafael Ramazanovun itkin düşdüyü məlum olub.
Reportyor.tv məlumatına görə, o, mayın 12-də səhər saatlarında yaşadığı Quba rayonunun Söhüb kəndindəki evindən çıxıb və bir daha geri qayıtmayıb. Onun cəsədi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran Rayon Şöbəsində müayinə edilib. Mərhumun hansı səbəbdən ölməsi araşdırılır.
Faktla bağlı Siyəzən rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində meyiti tapılan şəxsin kimliyi dəqiqləşdirilib.
APA-nın şimal bürosunun məlumatına görə, meyiti tapılan şəxsin Quba rayon sakini, 2000-ci il təvəllüdlü Ramazanov Rafael Novruz oğlu olduğu məlum olub.
Onun 2-3 ay öncə öldüyü ehtimal edilir. Hazırda Rafael Ramazanovun ölüm səbəbi araşdırılır.
Siyəzən rayonu ərazisində naməlum kişi meyiti tapılıb.
Reportyor.tv şimal bürosu xəbər verir ki, meyit Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində aşkarlanıb. Hazırda meyitin kimliyinin müəyyənləşdirilməsi və hansı şəraitdə ölməsi ilə bağlı araşdırma aparılır.

Şərhlər