Ana və oğlunu güllələyib, daha sonra yandıran şəxsdən XƏBƏR VAR
Tarix: 6-05-2020, 12:29
Baxılıb: 75
Google+ Paylaş
Tumblr Paylaş

Ana və oğlunu güllələyib, daha sonra yandıran şəxsdən XƏBƏR VAR

6-05-2020, 12:29

Gədəbəydə ana və oğlunu güllələyib daha sonra yandıran Əmiraslan Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"BakuPost"un məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi hakim Nural Əliyevin icraatına verilib.


Qeyd edək ki, hadisə ötən il avqustun 31-də Gədəbəy rayonunun Arısu kəndi ərazisində baş verib.

Şəmkir rayon sakini Ə.Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə kənd sakini olan qohumu R.Vəliyevaya qolundan, onun oğlu A.Əliyevə isə ayaq nahiyəsindən xəsarət yetirib.

Ə.Həsənov sonradan R.Vəliyevaya məxsus 2 mərtəbəli evə neft tökərək yandırıb. Nəticədə oradakı əşyalar, habelə 20 kvm. sahədə dam örtüyü yanıb.

Yanğın söndürülüb, R.Vəliyeva və A.Əliyev xəstəxanaya yerləşdiriblər.

Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən Ə.Həsənov saxlanılıb. Cinayət əməlini törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi ondan götürülüb.



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ