Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » SON DƏQİQƏ! Fətullah Gülən ÖLDÜ
SON DƏQİQƏ! Fətullah Gülən ÖLDÜ

Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülən dünyasını dəyişib.
Musavat.com xəbər verir ki, Gülənin ölüm xəbərini ona yaxın olan "Herkül" saytı yayıb.
Məlumatda Fətullah Gülənin aparıldığı xəstəxanada dünyasını dəyişdiyi bildirilib. Herkul saytının sosial media hesabından edilən açıqlamada, “Dəfn prosedurları ilə bağlı ətraflı məlumat ictimaiyyətlə paylaşılacaq”.-, deyə bildirilib.
fethullah-gulen2-ebbe.jpg (89 KB)
Bundan başqa, Fətullah Gülənin bacısı oğlu Ebuseleme Gülən də sosial media hesabında paylaşdığı paylaşımla onun ölüm xəbərini təsdiqləyib.
Gülən paylaşımında "Fətullah Gülən haqqın rəhmətinə qovuşdu. Allah rəhmət eləsin" deyib. dedi.
Xəbəri Fətullah Gülənə yaxın şəxslər də sosial media hesablarında paylaşıblar. 
Qeyd edək ki, bir müddət əvvəl Fətullah Gülənlə bağlı paylaşım sosial mediada trend olmuşdu. Görüntülərdə Fətullah Gülənin ağlını itirdiyi iddia edilmişdi.
Musavat.com
fyjgk-qfku.jpg (110 KB)
 

Şərhlər