SON DƏQİQƏ! İranda TERROR AKTI - Kamikadze özünü partlatdı
Tarix: 29-12-2024, 01:34
Baxılıb: 268
Google+ Paylaş
Tumblr Paylaş

SON DƏQİQƏ! İranda TERROR AKTI - Kamikadze özünü partlatdı

29-12-2024, 01:34

İranda terror aktı baş verib.
Musavat.com İran mediasına istinadən xəbər verir ki, kamikadze özünü polis məntəqəsi yaxınlığında partladıb.
photo_2024-12-29_01-11-46.jpg (84 KB)
Məlumata görə, İranın cənubundakı Bəndər Lenge şəhərində terror aktı törədilib, nəticədə kəşfiyyat polisinin rəhbəri həlak olub.

İranın birinci kanalının xəbərinə görə, polis idarəsi yaxınlığında kamikadze özünü partladıb. Partlayış nəticəsində kəşfiyyat polisinin rəis müavini də ağır yaralanıb.
Baş vermiş terror aktı ilə bağlı araşdırmalara başlanılıb, cinayətin motivləri və terror aktının təşkilatçısı müəyyənləşdirilir.

Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ