Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Qandonduran hadisə: Aylarla azyaşlı qıza təcavüz ediblər - Ata, baba və əmi
Qandonduran hadisə: Aylarla azyaşlı qıza təcavüz ediblər - Ata, baba və əmi

Hindistanda azyaşlı qız atası, babası və əmisi tərəfindən aylarla təcavüzə məruz qalıb. Nəticədə o, hamilə qalıb.
Publika.az xəbər verir ki, bu barədə NDTV yazır.
Polis bildirib ki, qız Uttar Pradeş ştatındakı qohumu ilə birlikdə hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb. Onların şikayəti əsasında araşdırmalara başlanılıb. Zərərçəkənin yaşı məlum deyil.
Qız babası, atası və əmisinin son bir neçə ay ərzində onu cinsi istismara məruz qoyduğunu bildirib.
Təqsirləndirilən şəxslər tutularaq istintaqa təhvil verilib. Faktla bağlı istintaq davam edir.

Şərhlər