Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » DƏHŞƏT! Aktyor dayanacaqda hücuma məruz qaldı - Gözünü itirdi
DƏHŞƏT! Aktyor dayanacaqda hücuma məruz qaldı - Gözünü itirdi

63 yaşlı tanınmış aktyor Mayk Holouey Londonda dayanacaqda naməlum şəxsin hücumuna məruz qalıb. Hadisə nəticəsində aktyor sağ gözünü itirib.
Reportyor.tv bu barədə xarici mediaya xəbər verir.
Holouey baş verənləri belə təsvir edib: “Cəmi 15 saniyədə cəhənnəmi yaşadım. Donub qaldım və yalnız qışqıra bildim.”
Aktyor hücum edən şəxsin şəklini çəkməyə çalışsa da, buna nail ola bilməyib. Hadisədən dərhal sonra ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılan Holouey daha sonra Moorfields Göz Xəstəxanasına köçürülüb.
İlkin məlumata görə, naməlum şəxs aktyora yumruqla zərbə endirib. Nəticədə onun başı və üzü ciddi zədələnib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hücum edən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.
Musavat.com



Şərhlər