Əsgərlikdən yeni gələn gənc faciəvi şəkildə öldü - FOTO
Tarix: 13-02-2025, 10:07
Baxılıb: 226
Google+ Paylaş
Tumblr Paylaş

Əsgərlikdən yeni gələn gənc faciəvi şəkildə öldü - FOTO

13-02-2025, 10:07

Yevlaxda avtomobilin vuraraq komaya saldığı gənc dünyasını dəyişib.
Publika.az "Unikal"a istinadən xəbər verir ki, hadisə fevralın 8-də Ərəş kəndi ərazisində baş verib.
Belə ki, rayon sakini Hidayət Bəhrəmovun idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçən 2005-ci il təvəllüdlü kənd sakini Soltanov Ələmdar Elgün oğlunu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Ə.Soltanov reanimasiya şöbəsinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, ölən gənc hərbi xidmətini başa vuraraq evə yeni qayıdıbmış.
Faktla bağlı araşdırma aparılır.



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ