Kamaz patrul maşınına çırpıldı – Yol qəzası kamerada, 3 polis xəsarət aldı
Tarix: 16-05-2025, 13:35
Baxılıb: 258
Google+ Paylaş
Tumblr Paylaş

Kamaz patrul maşınına çırpıldı – Yol qəzası kamerada, 3 polis xəsarət aldı

16-05-2025, 13:35

Dağıstanda yol qəzası baş verib.
Hadisə Kumtorkalin rayonu ərazisində, Tyube qəsəbəsinin yaxınlığında baş verib.
Sürücü “KamAZ” markalı yük maşınını idarə edərkən yolun sağ tərəfində dayanmış polis patrul avtomobilinə çırpılıb.
Videogörüntülərdən görünür ki, hadisə zamanı patrul maşını qəfil hərəkətə başlayıb və bu zaman sürücü idarəetməni itirərək yüksək sürətlə avtomobilə çırpılıb. Hadisə həmin an maşında olan videoregistrator vasitəsilə qeydə alınıb.
İlkin məlumatlara görə, patrul avtomobilində olan üç polis əməkdaşı xəsarət alıb. Hadisə yerində olan şahidlər dərhal yaralılara kömək göstəriblər.
Qəza Kumtorkalin rayonunun Daxili İşlər Nazirliyi şöbəsinin növbətçi hissəsinə məxsus avtomobilin xüsusi siqnalları qoşaraq dönmə əməliyyatı zamanı baş verib. Patrul maşını əks istiqamətə keçmək istəyərkən qəza qaçılmaz olub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ