Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Sərxoş sərnişin avtobusun şüşəsini sındırdı
Sərxoş sərnişin avtobusun şüşəsini sındırdı

Bakıda ictimai nəqliyyatda xuliqanlıq hadisəsi baş verib.
Mayın 17-si saat 22:25 radələrində sərxoş vəziyyətdə olan sərnişin 65 saylı marşrut avtobusunun şüşəsini sındırıb. Belə ki, orta yaşlı şəxs avtobus Yasamal rayonu Tbilisi prospektində hərəkətdə olarkən qapıya yaxınlaşaraq nəqliyyat vasitəsinin dayanmasını tələb edib və şüşəni sındırıb.
Həmin şəxs avtobusdan düşərək heç nə olmamış kimi yoluna davam edib.
Məsələ ilə bağlı DİN-in “102” xidmətinə məlumat verilib. Faktla bağlı Yasamal RPİ-nin 27-ci Polis Bölməsində araşdırma aparılır.

Şərhlər