Ad günü şənliyi faciə ilə bitdi: Yeniyetmə 4 yaşıdını öldürdü, daha 4-ünü isə...
Tarix: 28-05-2025, 11:43
Baxılıb: 92
Google+ Paylaş
Tumblr Paylaş

Ad günü şənliyi faciə ilə bitdi: Yeniyetmə 4 yaşıdını öldürdü, daha 4-ünü isə...

28-05-2025, 11:43

İrkutsk vilayətinin Baykalsk şəhərində yeniyetmə 4 yaşıdını öldürüb. O, daha 4 nəfəri yaralayıb, sonra isə evi yandırıb.
Publika.az xəbər verir ki, istintaqın məlumatına görə, yeniyetmələr Qornı Baykal SNT ərazisindəki fərdi evdə toplaşıb ad günü qeyd edirmişlər. Onlardan biri bıçağı götürərək digərlərinə hücum edib. 4 yeniyetmə hadisə yerində ölüb, daha 4-ü isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hücumdan sonra yeniyetmə evi yandırıb. O, binadan qaça bilməyib və yanğın zamanı həlak olub. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin “İki və ya daha çox şəxsi öldürmə” və “İki və ya daha çox şəxsi öldürməyə cəhd” (105-ci maddənin 2-ci hissəsi) maddələri ilə cinayət işi açılıb.
Hadisə yerində polis və fövqəladə hallar xidmətləri ilə birgə İstintaq İdarəsinin müstəntiqləri və kriminal ekspertləri işləyir.
Qurbanlardan birinin bacısı bildirib ki, onun 14 yaşlı qardaşı dostlarından birinin ad gününü qeyd etmək üçün həmin evdə görüşə gedib. Onun sözlərinə görə, tədbir valideynlərin icazəsi ilə baş tutub.
Uşaq hüquqları üzrə müvəkkili Tatyana Afanasyeva yeniyetmələrin ad günü qeyd etdiyini təsdiqləyib. Onun sözlərinə görə, oğlanların bəziləri gecələyib, bəziləri isə evə gedib. Gecə saatlarında isə yeniyetmələrdən biri bıçaqla həmyaşıdlarına hücum edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ