Şamaxıda qətl hadisəsi baş verib.
Reportyor.tv APA-ya istinadla xəbər verir ki, hadisə gecə saatlarında Şamaxı şəhərində qeydə alınıb.
İlkin məlumata əsasən, kürəkən 1994-cü il təvəllüdlü Teymur Vüqar oğlu Əliyev ailə münasibətləri zəminində qayınatası 1971-ci il təvəllüdlü Elşən Seyfi oğlu Quliyevə bıçaqla xəsarət yetirib və ağır yaralayıb.
Təcili olaraq rayon mərkəzi xəstəxanasına çatdırılan şəxsin həyatını xilas etmək olmayıb. Bıçaqlanan şəxs bir müddət sonra xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.