Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Qubada qəzadan xilas olmaq istəyən motoblok sürücüsü digər avtomobilin altında qalaraq ölüb
Qubada qəzadan xilas olmaq istəyən motoblok sürücüsü digər avtomobilin altında qalaraq ölüb

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Quba-Xaçmaz avtomobil yolunun rayonun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 31 yaşlı Abbasov Elnur Mehdi oğlu motoblok ilə hərəkətdə olan zaman idarəetməni itirib və "VAZ-2107" markalı minik avtomobilinə çırpılıb.

E.Abbasov özünü xilas etmək məqsədilə asfalt örtüyünə tullanıb, lakin H.Osmanovun idatə etdiyi "Ford Transit" markalı avtomobilin altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti