Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Bakıda hotelin qarajında 2 avtomobil yandı
Bakıda hotelin qarajında 2 avtomobil yandı

Paytaxtın Nizami rayonunda yanğın hadisəsi baş verib.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 400 m² olan ikimərtəbəli hotel binasının mənfi birinci mərtəbəsində yerləşən qarajda “BMW” və “Volkswagen” markalı minik avtomobillərinin salon hissələri yanıb.

Avtomobillərin qalan hissəsi, yaxınlıqda olan digər avtomobillər və hotel binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər