Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Beyləqan polisi əməliyyat keçirdi: Narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanıldı – FOTO
Beyləqan polisi əməliyyat keçirdi: Narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanıldı – FOTO

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli vasitələrin və həblərin qanunsuz olaraq dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.
reportyor.tv ''REALMEDIA.az''-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakinləri Elmin Quliyev və Təbriz Əlizadənin idarələrində olan avtomobil rayon ərazisində saxlanılıb. Avtomobilin yük yerinə baxış keçirilən zaman 3 ədəd qablaşdırmada təmiz çəkisi 3 kiloqram 330 qramdan artıq heroin, 1 ədəd  bağlamada təmiz çəkisi 1 kiloqramdan artıq tiryək, eləcə də 150 ədəd preqabalin və 20 ədəd metadon həbləri aşkar edilərək götürülüb.
Faktla bağlı Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə işi başlanılıb və adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.





Şərhlər