Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Lənkəranda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Lənkəranda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb

Lənkəranda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Lənkəran–Boradigah yolunun Cil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Niva” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “Niva”da olan 4, “Mersedes”də olan 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkərən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər